Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar – FOTObackend

Ermənistan klubu ilə oyunlara görə 10 illik cəza aldılar – FOTO

Montenerqronun “Arsenal” (Tivat) klubu 10 illik avrokuboklardan kənarlaşdırılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Səbəb isə klubun danışılmış oyunlarda iştirak etməsidir.

Belə ki, “Arsenal” 2023/2024-cü illər mövsümündə Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Ermənistanın “Alaşkert” klubu ilə matçlarda oyun alqı-satqısında iştirak edib. Monteneqrolular səfərdə 1:1-lik heç-heçə etsə də, cavab matçında 1:6 hesabı ilə uduzub.

Buna görə klubun idman direktoru Ranko Krqoviç və futbolçusu Nikola Çelebiçin futbolla əlaqəli hər hansı bir işdə işləməsinə qadağa qoyulub və onlar ömürlük cəzalanıb.
Komandanın digər üzvləri Çetko Manoyloviç, Duşan Puletiç, Radule Zivkoviç isə 10 mövsümlük futboldan uzaqlaşdırılıblar.

Tivat təmsilçisi 500 min avro cərimə də ödəyəcək.

Arsenal Tivat klubu UEFA tərəfindən 10 mövsümlük avrokuboklardan uzaqlaşdırma cəzası aldı.

Screenshot 1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*