Ermənistan liderdir – BU SAHƏDƏbackend

Ermənistan liderdir - BU SAHƏDƏ

“Ermənistan Cənubi Qafqazda əhali sayı və demoqrafik problemlərə görə lider sayıla bilər”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, bu gün ermənilər ciddi şəkildə əhalinin siyahıya alınmasını həyata keçirsələr, görərik ki, rəsmi açıqlanan saydan az əhali yaşayır:

“Ən önəmlisi səfalət içində yaşayan bir dövlət İrəvanda bir-iki mərkəzi küçəni işıqlandırmaq və düzəltməklə deyir ki, bütün ölkə gözəllik içində yaşayır. Amma digər rayon və şəhərlərdə çox ağır vəziyyətdə yaşayan insanlar və boş kəndlər artıq Ermənistanda böyük demoqrafik problemin olmasından xəbər verir. Bunu ermənilərin öz siyasətçiləri də gizlətmir və açıq şəkildə etiraf edirlər. Təbii ki, Nikol Paşinyan bunu bilir. Onların son günlərdə aktivləşməsi, Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri, onun həyat yoldaşının işğal olunmuş ərazilərimizə getməsi kişili-qadınlı faşizmə xidmət etməsini bir daha sübut etdi. Hərbi formada və əlində silahla şəkil çəkdirən qadın cəmiyyəti, əhalimizi və dövlətimizi sülhə çağırır. Sözlə əməlin arasındakı uçurum göz önündədir. Bu, bir daha erməni xislətinin bariz nümunəsidir”.

Deputat vurğulayıb ki, erməni əhalisinin hər biri psixoz vəziyyətdədir:

“Bu gün əhalinin Nikol Paşinyan hakimiyyətinə açıq nifrəti onu bir çox oyunlara sövq edir. Həmin oyunlardan biri də Qarabağa səfər etmə, müharibə ritorikası ilə vədlər vermək və s. Eyni zamanda onlar paralel olaraq Suriya, Livan və digər yerlərdə yaşayan erməniləri Dağlıq Qarabağa gətirərək orada məskunlaşdırmaq siyasəti də həyata keçirirlər. Təbii ki, bu, qəbul edilməzdir. Bununla bağlı ölkə rəhbərimiz, siyasi institutlar, Xarici İşlər Nazirliyi dəfələrlə fikirlər söyləyib, bəyanatlar verib. Biz bununla bağlı BMT başda olmaqla bütün beynəlxalq təşkilatlardan ermənilərin bu addımına təpki göstərməsini, etirazlarını bildirmələrini və müvafiq addımlar atmalarını gözləyirik. Təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələdə də ikili münasibətlərini ortaya qoymaqdadır”.

Vüqar İskəndərov bildirib ki, bu gün Ermənistan müttəfiq olduğu ölkələrdən silah alır:

“Biz bunları da bilirik. Cənab prezidentin söylədiyi kimi hünərləri varsa, ölkə olaraq Azərbaycanın qarşısına çıxsınlar. O zaman kimin güclü olduğu görünər. Ermənistan yaxşı anlayır ki, təkbətək bizimlə müharibəyə girsə, hətta bir neçə gün belə tab gətirə bilməyəcək. Onlar bunu anlayır, Azərbaycanının hərbi və müdafiə qüdrətini çox yaxşı bilirlər. Bu gün ordumuzda vətənpərvərlik ruhu, gənclərimizdə isə döyüş hissi çox yüksəkdir. Hər bir gəncimiz Ali Baş Komandanın döyüş əmrini gözləyir. Bu gün ermənilər hansı təxribatları törətsələr də nəticədə biabırçı məğlubiyyətə uğrayacaqlar. Sonda ədalət Azərbaycanın xeyrinə zəfər çalacaq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*