Ermənistan Livan və Suriyadan gələn erməniləri Qarabağda yerləşdirəcək? – Rəsmi Bakı buna imkan verməməlidirbackend

Ermənistan Livan və Suriyadan gələn erməniləri Qarabağda yerləşdirəcək? – Rəsmi Bakı buna imkan verməməlidir

Ermənistanın Livana humanitar yardım göndərən təyyarələri ilə bu gün İrəvana 100-ə yaxın erməni gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, iki təyyarə daha əvvəl gəlib, üçüncüsü isə bir neçə saat əvvəl yerə enib.

“Ermənistanın səlahiyyətli qurumları Livanda evsiz qalan və vətənlərinə geri qayıtmaq istəyən soydaşları haqqında məlumat toplayır. Çıxışlarımın birində bildirmişdim ki, Ermənistana qayıdan vətəndaşlarımızın tələbatlarını operativ surətdə qiymətləndirməliyik ki, onlar vətənlərində asanlıqla yerləşə bilsinlər. Ermənistana xoş gəlmisiniz, əziz həmvətənlər. Hamınızı qəbul etməkdən məmnunuq” deyə Paşinyan yazıb.

Ermənistanın humanitar yardımı ilə ilk təyyarə 8 avqust şənbə günü Livana yola düşüb. Bazar günü isə təyyarə Qarabağdan yola düşüb. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Ermənistan hökuməti yanında Diaspor işləri üzrə komissar Zara Sinanyanın başçılıq etdiyi nümayəndə heyəti də Livana gedib.

Ermənistan və Qarabağdan Livana üç reyslə 36 ton yük çatdırılıb: bunlar zəruri əşyalar, yeməklər və dərmanlardır. İlk iki uçuşla 56 erməni, 3-cü təyyarə ilə isə 45 nəfərə geri qayıdıb.

Bu xəbər erməni saytlarında günortaya yaxın yayılıb. Azərbaycanın brend sayılan heç bir xəbər agentlikləri isə buna xüsusi diqqət ayırmayıblar və yaxud mövzunu lüzumsuz hesab ediblər.

Ancaq diqqətlə fikir versəniz, orda uçan təyyarələrin təkcə İrəvandan deyil, Qarabağdan da qalxdığı açıq şəkildə yazılıb. Bilmirik, bunu erməni mediası Azərbaycanı qıcıqlandırmaq üçün yazıb, yoxsa doğrudanmı Xocalı aeroportundan Livana təyyarə yola düşüb. Çətin durumda olan Qababağ ermənilərinin belə bir addımı çox güman ki, siyasi xarakter daşıyır, çünki elə oturduqları Qarabağ torpağında Azərbaycan ordusuna qarşı aparılan müharibələrin hərbi taktikası Livan ermənilərinin və bu ölkədə kök salan terrorçu təşkilatların, xüsusilə də ASALA-nın birbaşa dəstəyi ilə həyata keçirilib.

Digər məqam isə geri qayıdan təyyarələrdə yük əvəzinə canlı “erməni yükü”nün gətirilməsidir. Özü də o ermənilər Azərbaycanın qədim torpaqlarında məskunlaşmaq üçün o təyyarəyə mindiriliblər. Bir vaxtlar Çar Rusiyası da Türkiyə, İran və digər Yaxın Şərq ölkələrindən erməniləri köçürərək Azərbaycanın başına bəla açmışdılar. İndi isə o bəlanı 30 ildir ki, Qarabağı de-fakto öz əlində saxlayan rəsmi İrəvan edir. Yəni Çar Moskvasının funksiyasını Rəvan xanın yaratdığı bir şəhərin hazırkı rəhbərləri reallaşdırır.

Günün sonuna yaxın isə Azərbaycan üçün ikinci pis xəbər sayılan prezident Armen Sarkisyanın odasında baş verdi.

Belə ki, o, “Suriya erməniləri məsələlərinin əlaqələndirilməsi mərkəzi”nin idarə heyəti üzvləri ilə görüşdə “Ermənistan Suriya ermənilərinin geri qaytarılmasının yeni dalğasına hazırdır” deyib.

“Suriyadan yəqin ki, vətənə dönmə dalğası yaranacaq, çox sayda ermənilər Ermənistana qayıdacaqlar. Bizim vəzifəmiz çox sadədir: oğul və qızlarımızı hər an qəbul edəcəyik. Bu, bizim ümumi evimizdir” deyib Sarkisyan.

Onun sözlərinə görə, bu gün diaspor ermənilərinin ikinci vətəni var və həmişə çətin vaxtlarda uşaq kimi valideynlərinin yanına qayıdırlar.

“Suriyadakı müharibə insanların həyatına son verdi, ailələri və evləri məhv oldu. Suriyalı ermənilərin Ermənistana gələrək hər şeyi sıfırdan başladıqlarını, evlərini və gələcəklərini qurduqları və Ermənistanın bir hissəsi olduqlarını yaxşı bilirəm” deyib.

Prezidentlə görüşdə “Suriya erməniləri məsələlərinin əlaqələndirilməsi mərkəzi”nin sədri, cərrah Corc Barseqyan başçılıq etdiyi təşkilatın fəaliyyətindən danışıb.

Deyib ki, 2012-ci ildə yarandığı gündən etibarən mərkəz dövlət qurumları, humanitar və xeyriyyə təşkilatları ilə səmərəli əməkdaşlıq edib və Suriyadan köçürülmüş ermənilərə hərtərəfli dəstək verib.

Bunları geniş və əhatəli verməkdə məqsədimiz heç də adı çəkilən Mərkəzin fəaliyyətini işıqlandırmaq deyil. Diqqətinizə çatdırmaq istəyirik ki, ermənilər artıq 200 ilə yaxındır ki, hər xarici ölkədə məskunlaşan ermənilərin geri qayıtması, özü də məhz Qarabağda yerləşdirilməsi üçün bütün vasitələrdən istifadə edirlər. Çox böyük ehtimalla elə Suriya erməniləri də livanlı qardaşları kimi Qarabağda ev-eşik quracaqlar. Yəqin bunun üçün Ermənistanın Baş ermənisi Nikol Paşinyan xristian dünyasından və onlara 1987-ci ildən havadarlıq edən Kremlin sabiq və hazırkı rəsmilərindən “hə” cavabını alıb.

Xatırladaq ki, Rusiya ermənilərinin bir toplantısında Vladimir Putin ermənilərə Rusiyada qucaq açmaq haqda 1-ci Pyotrun vəsiyyətinin həyata keçirildiyini fəxrlə tribunadan səsləndirmişdi. Bu haqda videoya hər kəs Youtube-da asanlıqla baxa bilər. O vaxt Ermənistan adlı dövlət yox idi, indi isə Azərbaycan torpaqlarının hesabına var. Və qucaq məsələsini Paşinyan və onun sələfləri fəxrlə yerinə yetirir.

Yazıda üstündən ani keçdiyimiz Xocalı aeroportundan Livana təyyarənin göndərilməsi məsələsi yəqin ki, Azərbaycan XİN-i tərəfindən araşdırılacaq və beynəlxalq qurumlara bu haqda fakt və sübutlar təqdim ediləcək.

Livandan gələn erməni terrorçularının isə toparlanıb silahlanması və Azərbaycana hücum edəcəyi heç də uzaqda deyil.

Bu anda Azərbaycan rəsmi qurumlarının əlində anti-terror əməliyyatı keçirmək üçün danılmaz bir fakt var. Elə Suriyadan gələnlər də gizli deyil ki, bir vaxtlar Türkiyəyə qarşı vuruşaraq böyük hərbi təcrübə keçiblər. Türklərin onları Qarabağda məhv etməsi üçün əllərinə yaxşı fürsət düşüb.

Fürsət isə hər ölkəyə hər dəfə verilmir. İndi onun tarixi məqamı yetişib.

Türkiyənin müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Bakıya gəlişi gözlənilir.

Əməliyyat Qərargahında türk generalları toplaşır…

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*