Ermənistan Meğridə yeni gömrük məntəqəsi tikəcəkbackend

Ermənistan Meğridə yeni gömrük məntəqəsi tikəcək

“Meğridəki gömrük məntəqəsi sıfırdan tikiləcək”.

KONKRET.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.

“Sıfırdan bütün beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda, gömrük nəzarətinin sürətləndirilməsinə və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçirilməlidir”, – o vurğulayıb.

Daha əvvəl qeyd edilib ki, Meğridə yerləşən gömrükdə yenidənqurma və modernləşdirmə işlərinə artıq başlanılıb. Modernləşmə prosesi 2026-cı ilə qədər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*