Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət təqibindən azad olunması ilə bağlı müdafiə tərəfinin vəsatəti məhkəmə tərəfindən təmin edilməyib.
KONKRET.az xəbər verir ki, məlumata görə, vəkil Amram Makinian istintaqda “sübutların qanunsuz yolla əldə olunması”nı əsas gətirərək işin bağlanmasını tələb edib. Lakin hakim Aram Qriqoryan bu vəsatəti rədd edib.
Sarkisyan bir neçə cinayət işi üzrə ittiham olunur. Onun barəsində xüsusilə böyük məbləğdə rüşvət alma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma iddiaları irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az