Ermənistan Müdafiə Nazirliyi: “Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”backend

Ermənistan Müdafiə Nazirliyi: “Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”

İşğal edilən Dağlıq Qarabağın şimal və cənub istiqamətlərində hazırda ağır döyüşlər gedir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Facebook səhifəsində yazıb.

“Gecə nisbətən sabit bir gərginlikdən sonra səhər saatlarında düşmən şimalda və cənubda yenidən atəş açmağa başlayıb. Bölmələrimiz əməliyyat-taktiki vəziyyəti nəzarətdə saxlamağa çalışır”. Ovannisyan bildirib.

Xatırladaq ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.

Babək Göyüş                       

KONKRET.az

 

 

  • Aynure Meherremova
    Oktyabr 15, 2020 - 11:41

    Biz Cenab Prezidentimize cox guvenirik ve onunla fexr edirik🤗Dualarim sizinledi Cenab Prezidentimiz Ilham Eliyev Cenablari. Allah Ordumuzu ve Esgerlerimizi qorusun🤲in se Allah qelebe bizimledi Qarabag Azerbaycandir .

Aynure Meherremova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*