Ermənistan müharibəni bu səbəblərdən uduzdu: Sabiq Baş Qərargah rəisindən ŞOK AÇIQLAMAbackend

Ermənistan müharibəni bu səbəblərdən uduzdu: Sabiq Baş Qərargah rəisindən ŞOK AÇIQLAMA

Ermənistan ordusunun sabiq Baş Qərargah rəisi Yuri Xaçaturov Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı buraxılan bəzi səhvləri sadalayıb.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, Xaçaturov müharibədəki məğlubiyyətin əsas səbəbini müdafiə ordusunun heç vaxt tam döyüş hazırlığına gətirilməməsi ilə əlaqələndirib: “Əgər “Dağlıq Qarabağ” müdafiə ordusu tam döyüş hazırlığına gətirilsəydi və bütün mövqeləri tutsaydı, o zaman kazarmada insanlar, parklarda texnikalar olmazdı. Belə vəziyyətdə isə hər şey fərqli olardı”.

Xaçaturov həmçinin Lələ Təpə yüksəkliyi istiqamətində hazırlanan əks hücumun da çox zəif olduğunu deyib və bunu səhv adlandırıb: “İlk ordu korpusunun döyüş əməliyyatlarının ilk günündən iştirakı da səhv idi. Bu korpus ehtiyatda qalmalı idi” – deyə Xaçaturov əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*