İrəvan məhkəməsi Qroznıda homoseksuallığını etiraf etməyə məcbur edilən Çeçenistan sakini Salman Mukayevi Rusiyaya ekstradisiya etməkdən imtina edib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, məhkəmə LGBT icmasının nümayəndələrinin təkcə Çeçenistanda deyil, bütün Rusiyada təqiblərə məruz qala biləcəyini qeyd edib.
Məhkəmə Mukayevin qaçqın kimi tanınması və ona sığınacaq verilməsi barədə qərar qəbul edib. Hüquq müdafiəçilərinin sözlərinə görə, hakim müdafiə tərəfinin Çeçenistanda belə insanların həbsə və qəddar rəftara məruz qala biləcəyinə dair arqumentləri ilə razılaşıb. Qərar bir ay sonra qüvvəyə minəcək, o vaxta qədər prokurorluq bundan şikayət edə bilər.
Qətnamədə həmçinin qeyd olunur ki, LGBT icması nümayəndələrinin azadlığına və şəxsi toxunulmazlığına təhlükə təkcə Çeçenistan ərazisi ilə məhdudlaşmır, Rusiya Federasiyasının bütün ərazisini əhatə edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az