“Ermənistan müsəlman aləmində çatların əmələ gəlməsinə çalışır” – Elman Nəsirovbackend

"Ermənistan müsəlman aləmində çatların əmələ gəlməsinə çalışır" - Elman Nəsirov

Xəbər verdiyimiz kimi, İordaniyanın Ermənistana silah satması ilə bağlı mediada informasiya yayılmışdı. Lakin İordaniya dövləti yayılan xəbərləri təkzib edərək bunun dezinformasiya olduğunu bildirib.

Mövzu ilə bağlı deputat Elman Nəsirov KONKRET.az-a açıqlama verib.

O, Ermənistanı təxribatçı dövlət adlandırıb:

“Ermənilər təmas xəttində, eyni zamanda ayrı-ayrı Avropa ölkələrində, ABŞ-da təxribatla məşğuldur. Hədəf də Azərbaycan dövlətidir. Artlq bu, hər kəsə məlum həqiqətdir. Beynəlxalq ictimaiyyət də bunu bilir. Növbəti dəfə təxribata əl atdıqlarını görürük. Ermənilər cəbhədə təxribata əl atdıqları bir zamanda İordaniya Haşimilər Krallığının Ermənistana silah-sursat satması ilə bağlı məlumatlar yayılmışdı. Bununla bağlı İordaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi. O, bu barədə məlumatlandırıldı. İndi isə İordaniya Haşimilər Krallığının səfirinin verdiyi məlumata görə, İordaniya hökuməti Ermənistana silah satmayıb. Məlumatların dezinformasiya olduğunu deyib”.

Deputat vurğulayıb ki, Ermənistan, xüsusilə də son hərbi təxribatdan sonra dezinformasiya maşınını sutkalıq iş rejiminə gətirib:

“Gecə-gündüz Azərbaycan əleyhinə dezinformasiya yaymaqla məşğuldur. İstisna deyil ki, bu xəbər də dezinformasiyadır”.

Elman Nəsirov qeyd edib ki, müsəlman ölkəsi olan İordaniyanın Azərbaycanla münasibətləri təkcə İslam Təşkilatı Konfransı çərçivəsində deyil, ikitərəfli formatda da yüksək səviyədədir:

“Ermənistan bu cür dezinformasiya yaymaqla iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyir. Müsəlman aləmində çatların əmələ gəlməsində növbəti addımı atır. Amma hər halda Azərbaycan tərəfi bu məsələ ilə bağlı ciddi araşdırmalar aparır. Hesab edirəm ki, İordaniyanın Ermənistana yardım etməməsi daha inandırıcıdır. İlk növbədə iki dövlət arasındakı münasibət bu qənaətə gəlməyə əsas verir. Deməli, biz Ermənistanın növbəti informasiya təxribatının şahidi oluruq”.

Deputatın fikrincə, müsəlman ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır:

“Ermənistan tərəfindən bu tipli təxribatların olması mümkündür. Ona görə də ayıq-sayıq olmalıyıq. Ermənistanın Tovuz istiqamətində gedən döyüşlər zamanı “Ermənistanın hərbi təxribatı” adlı yazı İordaniya Haşimilər Krallığının Ammonnews.net rəsmi saytında yayılmışdı. Bu da əlbəttə ermənilərin böyük etirazına səbəb olmuşdu. Mənim ermənilərin təxribatı ilə bağlı məqaləmin İordaniyanın rəsmi saytında getməsi iki dövlət arasındakı münasibətinin göstəricisidir”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*