“Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılmasının mümkünlüyü barədə danışıqlar çirkin manipulyasiyadır”.
KONKRET.az erməni mediasına istinadən bildirir ki, bunu müxalifətçi deputat, “Respublika” partiyasının üzvü Hayk Mamicanyan deyib.
Onun sözlərinə görə, hava limanında Rusiya sərhədçilərinin olması Ermənistan Respublikasının müstəqilliyini şübhə altına qoymur və suverenliyinə təhlükə yaratmır. O, qeyd edib ki, Paşinyan hakimiyyətindən fərqli olaraq İrəvan hava limanında Rusiya sərhəd qüvvələrinin mövcudluğunun hüquqi əsaslarını dəqiq və aydın başa düşür.
“Bura Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici sərhəddidir. Buna görə də Rusiya sərhədçiləri buradadır”, – deyə Mamicanyan izah edib.
Erməni deputatı qeyd edib ki, onu daha çox Azərbaycan qüvvələrinin Cermuk, Vardenis yaxınlığında, eləcə də birbaşa Sünik bölgəsində olması narahat edir.
“Ölkə müharibə astanasındadır, onlar isə hansısa uşaq oyunları ilə məşğuldurlar”, – deyə müxalifətçi əlavə edib.
Xatirə SADİQ,
KONKRET.az