Kütləvi etiraz aksiyaları, tətillər və boykot sabah səhər Ermənistanın hər yerində davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan müxalifətin sabahkı fəaliyyət planını təqdim edərkən deyib. Onun sözlərinə görə, 23 dekabr saat 16:00-da Respublika Meydanında böyük bir mitinq keçiriləcək və bundan sonra müxalifət daha qəti addımlara başlaya bilər.
Bundan əlavə, Saqatelyan etirazçıların Nikol Paşinyan istefa etməyincə meydanı tərk etməyəcəyini vurğulayıbi. Eyni zamanda, etirazçıların bir hissəsi Respublika Meydanında qurulmuş çadırlarda gecələyəcəklər.
KONKRET.az