“Ermənistan ordusu Azərbaycanın hücumunu dayandırmaq iqtidarında deyil” – İrəvandan ETİRAFbackend

"Ermənistan ordusu Azərbaycanın hücumunu dayandırmaq iqtidarında deyil" - İrəvandan ETİRAF

Paşinyan hakimiyyəti etiraf edib ki, Ermənistan ordusu Azərbaycanın hücumunu dayandırmaq iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, bunu Avetis Babacanyan “hraparak.am” saytında yazıb.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında Azərbaycan Ermənistana qarşı müharibəyə başlayanda və strateji əhəmiyyətli əraziləri ələ keçirəndə belə mübahisə yaranmışdı ki, Azərbaycan ordusunun Ermənistanda irəliləyişini kim dayandırıb, rəsmi Bakının Cermuku ələ keçirməsinə və ya Naxçıvana dəhlizin açılmasına kim mane olub:

“ABŞ, kollektiv Qərb, yoxsa Rusiya? Hamıya aydın idi ki, bunu edən Ermənistan ordusu deyil. Xarici müdaxilə olmasaydı, Azərbaycanın uğuru davam edərdi. Ruslar gedəndən sonra Azərbaycanın yeni hücuma keçməyəcəyinə hansı təminatlar var? Rəsmi təbliğatçılar iddia edirlər ki, Qərb onlara ciddi təminat verib ki, Rusiya qoşunları geri çəkilsə, Ermənistanın təhlükəsizliyinə zəmanət verəcəklər, Azərbaycan və Türkiyənin Ermənistana hücum etməyə imkan verməyəcəklər. Təbii ki, bu zəmanətlər şifahidir; Digər tərəfdən, Rusiya müxtəlif səviyyələrdə bəyan edir ki, Ermənistanda sabitliyin və təhlükəsizliyin yeganə təminatçısı onlardır və ola bilsin ki, bu sözlərin həqiqətini bizə hiss etdirmək üçün hansısa addımlar atsınlar. “Qorxmayın, biz Azərbaycana imkan verməyəcəyik”. Amma kim deyib? Nə vaxt deyib? Nə deyib?”, deyə o, qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*