Ermənistan ordusunda yeni vəzifədən azad edilmələr gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Eremənistanın “İravunk” qəzeti öz mənbələrinə istinadən yazır.
Ermənistan Silahlı Qüvvələrində yeni ixtisarlar gözlənilir. Sərhədin şərq hissəsinə cavabdeh olanlar nazir müavinindən tutmuş komandirə qədər “qurban” gedəcəklər.
Qəzet qeyd edir ki, “Belə bir qərar bir neçə saat ərzində bu qədər çox ölü və yaralı faktını “əsaslandırmaq” cəhdi ilə bağlıdır”.
Xuraman Etibarlı,
KONKRET.az