Ermənistan özünü məhv etmək yolundadır – erməni qəzetibackend

Ermənistan özünü məhv etmək yolundadır – erməni qəzeti

Bu gün Ermənistan hökuməti real xaos içindədir. Paşinyan komandaya nəzarəti tamamilə itirib, başa düşüb ki, onunla səmimi deyillər və digər qüvvələrlə sövdələşməyə davam edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti yazır.

Nəşrin yazdığına görə, Ermənistan hökumətinin tikişləri partlayır.

“Hakimiyyətinin əvvəlindən Nikol Paşinyan komandasının üzvləri ilə fikir ayrılıqları yaşadı. Kimsə qanadlarını açıb fərqli bir istiqamətə uçmağa çalışanda Nikol o qanadları kəsməklə hədələdi.

Paşinyan kimin hara işlədiyini, kimin haqda dəlillər olduğunu öyrənməyə çalışır və bu “siçovul yarışı”nda onları tələyə salmaq istəyir. Başqa sözlə, hökumət özünü məhv etmək yolundadır” deyə İrates qəzeti bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*