Ermənistan parlamentində alqış davası: “Mən mandatda teatr sözünü görmürəm”backend

Ermənistan parlamentində alqış davası: “Mən mandatda teatr sözünü görmürəm”

“Mən mandatda teatr sözünü görmürəm”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın “Şərəfim var” müxalifət fraksiyasının katibi parlamentdə alqışlamaq ənənəsi haqda çıxış edərkən səsləndirib:

“Hamınızda bu sənəd var (deputat vəsiqəsini göstərir). Artıq 15 dəqiqəyə yaxındır ki, bu sənədi yoxlayıram, amma heç yerdə teatr yazısına rast gəlmədim. Gəlin parlamentdəki alqışlara son qoyaq” – Hayk Mamijanyan bildirib.

O daha sonra bunları deyib: “Mülki Müqavilə ilə deputatların ritorikasını dəyişmək lazımdır. Yoxsa millət vəkillərini “köhnə” və “yeni gələnlər”ə bölmək olmaz. Əvvəlcə öz biorafiyalarını, müxalifətdən olan həmkarlarının tərcümeyi-halı ilə müqayisə etsinlər. Düşünürəm ki, Rubinyanın xarici əlaqələr üzrə parlament komissiyasının rəhbəri kimi fəaliyyətini uğurlu hesab etmək çətindir”.

O, Rubinyana 2018 -ci il seçki debatı zamanı səsləndirdiyi “heç bir halda son mismarı Respublikaçılar partiyasının tabutuna vurmaq olmaz” fikirlərini xatırladıb və əlavə edib ki, bunu birlik və dialoqa çağırış adlandırmaq olmaz.

Görünən odur ki, Ermənistan parlamentində ölkənin taleyüklü məsələləri bir kənara qoyulub və alqışlamaq kimi şou xarakterli fikirlər müzakirə olunur. Bütün bunlar bir daha Ermənistanın düçar olduğu siyasi-iqtisadi vəziyyətin ağırlığını sübuta yetirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*