Ermənistan parlamentində dava düşdü: “Sənin boğazını kəsəcəm” – VİDEObackend

Ermənistan parlamentində dava düşdü: “Sənin boğazını kəsəcəm” - VİDEO

Sasun Mikayelyan və Edmond Marukyan arasında parlamentdə dava olub.

KONKRET.az xəbər verir ki, “Çiçəklənən  Ermənistan” fraksiyasının lideri Edmon Marukyanın çıxışı zamanı onunla “Mənim addımım” fraksiyasından olan deputat Sasun Mikalyan arasında polemika başlayıb.

Çıxış zamanı Marukyan Mikayelyanı “əmi” adlandırıb və o, buna görə bərk hirslənərək Marukyana yaxınlaşıb və onu vurub.

Marukyan isə kürsüdən belə deyib: “Vursanız da, vurmasanız da, danışmağı dayandırmayacağam”.

Sasun Mikaelyan onun boğazını kəsəcəyinə söz verib.

“Boğazımı kəsən hələ dünyaya gəlməyib, burada hay-küy salma” deyib Marukyan.

Parlament sədri Ararat Mirzoyan iclası təxirə salıb. Ehtiras hələ də azalmayıb.

Canlı yayım kəsilib, Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*