Ermənistan parlamentində gizli geylər axtarılırbackend

Ermənistan parlamentində gizli geylər axtarılır

Bu gün Ermənistan parlamentində LGBT mövzusu gündəmdə olub – mövzu ilə bağlı müzakirələr və qarşılıqlı ittihamlar günboyu davam edib.

Buna səbəb “Çiçəklənən Ermənistan” fraksiyasının LGBT icmasının nümayəndələri tərəfindən eynicinsli nikahın və övladlığa uşaq götürmənin qadağan edilməsinə nəzərdə tutan dəyişikliklərin müzakirəsini gündəmə əlavə etmək cəhdi olub. Səhərdən etibarən millət vəkilləri cinsi azlıqları dəstəkləməkdə və təbliğində yorulmadan bir-birini ittiham ediblər. “Çiçəklənən Ermənistan” fraksiyası hakim “Mənim addımım” blokunu ənənəvi dəyərləri pozmaqda, hakim qüvvənin nümayəndələri isə fraksiyanı Ermənistan üçün yersiz olan bir məsələdə spekulyasiyada və təhrikdə ittiham ediblər.

KONKRET.az bildirir ki, “axmaq özünsən” üslubundakı “disputun” kulminasiyası “Mənim addımım” blokunun deputatı Kritine Poqosyanın çıxışı olub, deputat Ziqmund Freyd adından fraksiyanın nümayəndələrini gizli geylər adlandırıb: “Freyd hesab edirdi ki, homofobiyadan və homoseksualların qorxusundan ən çox gizli geylər danışır və əziyyət çəkirlər. Bunu mən demirəm, bunu dahi Freyd deyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*