Ermənistan parlamentinin sədri: “Fransızlar heç də bizim “qara gözümüz”ə aşiq olmayıb”backend

Ermənistan parlamentinin sədri: “Fransızlar heç də bizim "qara gözümüz"ə aşiq olmayıb"

“Bakı ilə İrəvan arasında birbaşa danışıqlar istisna deyil”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edib. Onun sözlərinə görə, sülh prosesində vasitəçi olmağa çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir. “Fransızların “qara gözümüz”ə aşiq olduğunu, başqalarının isə bizi sevmədiyini düşünmək nağılabənzər romantikadır. Maraqlar ya üst-üstə düşür, ya da düşmür”, – deyə Simonyan bildirib.

Əlavə edib ki, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr bunun üçün “yaxşı” vasitəçi olmağa çalışacaqlar. “Ancaq İrəvan da, Bakı da öz məsələlərini özü həll etməlidir ki, başqa ölkələrin böyük oyununda alver predmeti olmasın.

Mən istisna etmirəm ki, birbaşa danışıqlar ola bilər, çünki bizim belə danışıqlarda müsbət təcrübəmiz olub. Amma təbii ki, beynəlxalq ictimaiyyət də mühüm amildir”, – deyə Simonyan vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*