Ermənistan “PAZ”a keçib: Ermənilər “MAN” yox, 100 dram istəyir – Papoyanbackend

Ermənistan "PAZ"a keçib: Ermənilər "MAN" yox, 100 dram istəyir - Papoyan

“100 drama ancaq sınmış “PAZ”da getmək olar”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.

O bildirib ki, 100 dram gediş haqqı ödəməklə ancaq “PAZ” avtobusları ilə nəqliyyat sistemimiz ola bilər.

“Amma dörd ildən sonra heç nə olmayacaq. Geriyə yalnız “sınmış ceyran”lar qalacaq. Çünki 100 drama yalnız onları sürmək olar. İrəvan sakinləri bu gün gediş haqqı kimi 100 dram ödəmək istəyirlər. Ancaq şübhə edirəım ki, onlar dörd il sonra xarab “Qazel” markalı avtobusda getmək istəsinlər. Əgər biz həmişə “MAN” və ya elektrik avtobuslarına minmək istəyiriksə, bunun üçün pul ödəməliyik”, – Papoyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*