Ermənistan polisi “qanun oğru”nu saxladı – ADI AÇIQLANMIRbackend

Ermənistan polisi "qanun oğru”nu saxladı – ADI AÇIQLANMIR

Ermənistan hüquq-mühafizə orqanları “qanun oğru”nu (adı açıqlanmır) saxlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası Baş Prokurorluğun mətbuat xidmətinə istinadən yayıb.

İstintaq orqanlarının əməliyyat işləri zamanı cinayətkar qrupu yaradan, ona rəhbərlik edən “qanun oğru” və “zona baxan” şəxs müəyyən edilib.

Hüquq mühafizəçiləri qanun oğrusunun cinayət aləmindəki nüfuzundan vətəndaşlardan birinin xahişi ilə şəxsi bir məsələni həll etmək üçün istifadə etdiyini müəyyənləşdiriblər.

Vətəndaş məhkumların birindən borcunu almaq üçün ona müraciət edib.

Sonuncu bir qrup “dostları” vasitəsi ilə pulu geri qaytarmaq üçün “zona baxan” şəxsə əmr verib.

Avqustun 13-də “qanuni oğru” və cinayətkar qrupun digər üzvü tutulub.

İlkin araşdırma aparılır. Cinayət qrupunun bütün üzvləri araşdırılır.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*