İrəvanda polis Ermənistanın Ukraynadakı keçmiş səfirinin oğlunu, sabiq deputatı saxlayıb.
KONKRET.az xəbər verir ki, Ermənistan polisi keçmiş deputat, sabiq nəqliyyat və rabitə naziri Andranik Manukyanın oğlu David Manukyanı saxlayıb.
Bu barədə Shamshyan.com məlumat yayıb.
Belə ki, Beyrut küçələrinin kəsişməsində iki avtomobildə (Rusiya dövlət nömrə nişanlı “Mercedes” və “Toyota”) vətəndaşların üzərində silah olması barədə polisə məlumat daxil olub. Polis sözügedən ünvana gedərək həmin avtomobillərin sürücülərini və sərnişinləri saxlayıblar.
Şöbəyə yaşı 35-56 arasında olan 7 kişi aparılıb. 36 yaşlı Denis Nequlyayevin üzərindən 8 ədəd patronu olan “İJ” markalı tapança, 9 ədəd patronu olan “CheZet” tapançası üçün maqazin və 7 sm uzunluqda qatlanan bıçaq aşkar edilib. Nequlyayevin sözlərinə görə, bıçaq digər şəxsə, 40 yaşlı David Manukyana məxsusdur.
Müşviq Tofiqoğlu
KONKRET.az