“Ermənistan” fraksiyasından olan deputat Aqvan Vardanyan Ermənistan prezidenti Armen Sarkisyanın 54 gündür ölkədə olmadığını bəyan edib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Aqvan Vardanyanın açıqlaması ölkədə səs-küy yaradıb:
“2021-ci il iyulun 1-dən, oktyabrın 31-dək 122 gün edir. Bunun 85-i iş günüdür. Bu 85 günün 54 gününü Armen Sarkisyan Ermənistandan kənarda keçirib” – deyə deputat bildirib.
Onun sözlərinə görə, Armen Sarkisyan bu günlərdə təxminən 7 xarici ölkədə olub:
“Baxın, prezident ən mühüm dövlət institutlarından biridir. Və əgər bu institutun ümumi xərclərinin təxminən 25-30 faizi yalnız xarici səfərlər üçün israf olunursa, o zaman məndə bu qurumun öz funksiyalarını düzgün yerinə yetirməsi ilə bağlı şübhələr yaranır” – Aqvan Vardanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az