KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa gələn Ermənistan Prezidenti Armen Sarkisyan özü ilə həyat yoldaşı Nune Sarkisyanı da gətirib. Onlar Əsgəran rayonunun Aran kəndində olublar.
Prezident Sarkisyan sakinlərlə də görüşüb. O, həyasızcasına bildirib ki, Qarabağda hər kəndin öz hekayəsi, öz qəhrəmanları var: “Hər kəndə girmədən əvvəl başınızı əymək lazımdır; qəhrəmanların, eləcə də ailələrini dəstəkləyən, övladlarına təhsili verən, bu ölkəni quranların xatirəsi qarşısında baş əyirik. Əgər kəndinizi, şəhərinizi inkişaf etdirsəniz, əminik ki, Qarabağ əsrlər boyu olduğu kimi bizim olacaq və bundan sonra da belə olmalıdır”.
Qeyd edək ki, Əsgəran Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində yerləşən şəhərdir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan Qarabağlı və ya Mehrəli xan Qarabağlı) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilib. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, “Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. “Alban tarixi” əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilib.