Ermənistan prezidentindən SENSASİYA: Zəngəzur dəhlizini açmadığımız üçün…backend

Ermənistan prezidentindən SENSASİYA: Zəngəzur dəhlizini açmadığımız üçün...

Ermənistan prezidentindən SENSASİYA: Zəngəzur dəhlizini açmadığımız üçün…

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

O bildirib ki, Tramp Marşrutu (TRIPP) layihəsi Gürcüstan üçün təhlükə yaratmayacaq, əksinə Rusiya da daxil olmaqla region ölkələrinə yeni imkanlar açacaq.

“Onlar üçün heç bir təhlükə olmayacaq və heç bir itkiyə məruz qalmayacaqlar. Əksinə, Gürcüstanın əhəmiyyəti artacaq. TRIPP reallığa çevrilərsə və sərhədlər həqiqətən açılarsa, Ermənistan, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və bəlkə də Rusiya üçün yeni imkanlar yaranacaq. Daha sonra biz özümüzü bu layihəni daha tez gerçəkləşdirmədiyimiz üçün qınayacaq və tənqid edəcəyik”.

Xaçaturyan həmçinin bildirib ki, Tbilisiyə səfəri zamanı Gürcüstan rəsmiləri bu məsələ ilə bağlı heç bir narahatlıq bildirməyiblər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduqlarını açıqlayıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*