Ermənistan qonşularla İT sahəsində sərhəddə əməkdaşlıq haqqında saziş imzaladıbackend

Ermənistan qonşularla İT sahəsində sərhəddə əməkdaşlıq haqqında saziş imzaladı

Bu gün Ermənistan Baş Nazirinin müavini Tiqran Avinyan İrəvanda keçirilən Sərhədlərarası Əməkdaşlıq və Ticarətin Asanlaşdırılmasına dair Rəqəmsal Həlllər forumunda çıxışı zamanı söyləyib ki, “bölgədəki sərhədyanı əməkdaşlıq, ticarət proseslərinin rəqəmsallaşdırılması və gömrük orqanları arasında rəqəmsal məlumat mübadiləsi dövrün tələbidir”.

KONKRET.az bildirir ki, forum Ermənistan Dövlət Gəlirləri Komitəsi (DGK) ilə Gürcüstanın Maliyyə Nazirliyi, habelə Ermənistan DGK və İranın Gömrük Xidməti arasında ikitərəfli sənədlərin imzalanması ilə başlayıb.

Baş Nazir müavininin sözlərinə görə, rəqəmsallaşdırma ticarət prosesini sadələşdirəcək və mövcud sərhədlərdəki risklərin daha səmərəli idarə edilməsinə imkan verəcək: “Bu baxımdan dövlət strukturlarının gömrük orqanları, özəl sektor, beynəlxalq təşkilatlar və bölgə ölkələri arasında əməkdaşlıq olduqca əhəmiyyətli və qarşılıqlı faydalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*