Ermənistan rəsmisindən sərhədlərlə bağlı AÇIQLAMA: “Tarazlıq pozularsa, sülh uzunmüddətli ola bilməz”backend

Ermənistan rəsmisindən sərhədlərlə bağlı AÇIQLAMA: "Tarazlıq pozularsa, sülh uzunmüddətli ola bilməz”

“Sərhəd Demarkasiyası Komissiyası seçdiyi rejimə uyğun işləyir və prosesdə hər hansı donma yoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikiləri Ermənistan Parlamenti sədrinin müavini Hakop Arşakyan bildirib.

O bildirib ki, jurnalistlər bu mövzu ilə bağlı baş nazirin müavini Mher Qriqoryanın ofisi ilə əlaqə saxlaya bilər.

Sərd müavini deyib ki, demarkasiya prosesində işlər rəvan gedir.

Arşakyan bildirib ki, Ermənistanla güc dili ilə danışmaq mümkün olmayacaq.

Jurnalistlər ona xatırladıblar ki, “Nikol Paşinyan aylar əvvəl Tavuş bölgəsinə səfər edərkən kənd sakinləri ilə görüşü zamanı bəyan edib ki, sərhədin delimitasiyası prosesinə razı olmasalar, müharibə olacaq. İndi də bu fikir actual olaraq qalırmı?”

Arşakyan bu suala belə cavab verib: “Mən deyirəm ki, Ermənistanla güc dili ilə danışmaq yaxşı fikir deyil. Və ümumiyyətlə, sülhü məcbur etmək olmaz. Danışıqlarda tarazlıq pozularsa, sülh uzunmüddətli ola bilməz”.

Arşakyan daha sonra vurğulayıb ki, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması iki ölkənin və xalqın maraqlarına əsaslanır.

Onun sözlərinə görə, Ermənistanın açıq sərhədləri reallığa çevirmək üçün siyasi iradəsi var. “Ümid edirəm ki, bu (sərhədlərin açılması) tezliklə baş verəcək. Ermənistan çox mühüm coğrafi mövqeyə malikdir və qonşularımızla münasibətlərlə bağlı biz öz mövqeyimizi – regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasını ifadə etmişik.

Deməliyəm ki, bir çox ölkələr, o cümlədən Çin bu gündəliyi dəstəkləyir. İnanırıq ki, sərhədlərin açıq olması və bu cür maneələrin aradan qaldırılması ilə erməni xalqı üçün həm yaşayış, həm təhlükəsizlik səviyyəsi, həm də davamlı sülhün bərqərar olması baxımından daha əlverişli şərait yaranacaq”, – deyə Arşakyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*