Ermənistan rus sərhədçiləri ilə bağlı araşdırmaya başladı: “O vaxt bu, lazım idi, indi isə…”backend

Ermənistan rus sərhədçiləri ilə bağlı araşdırmaya başladı: "O vaxt bu, lazım idi, indi isə..."

Ermənistanın Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi rus sərhədçilərinin Nerkin-Handda yerləşdirilməsi ilə bağlı məsələni araşdıracaq.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” partiyasından olan deputat  jurnalistlərə söyləyib.

Onun sözlərinə görə bütün hüquqi problemlər öyrəniləcək. “Kimin hansı məsuliyyəti var, nə harada ola bilər və hər şey harada bitir kimi məsələlər araşdırılacaq”, – deyə deputat əlavə edib.

O xatırladıb ki, 2020-ci ildə 44 günlük müharibə dövründə, Qarabağ ərazisinə sülhməramlı qoşunlar gətiriləndən bir müddət sonra Rusiya kontingentinin müəyyən hissəsi təhlükəsizlik məsələlərini həll etmək üçün Zəngəzur (Sünik) bölgəsinə köçürülüb.

“Bunlar Rusiya sərhəd qoşunlarının nümayəndələridir. 2021-ci il vəziyyətinə görə onlar təhlükəsizlik problemlərini həll etmək üçün oraya yerləşdiriliblər. O zaman bu, Qarabağda sülhməramlı qoşunların təhlükəsizliyini təmin etmək üçün lazım idi”, – deyə o, izah edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edərkən “Ermənistan bloku”ndan olan deputat Anna Qriqoryanın rus sərhədçilərinin Nerkin-Handda hansı mandat əsasında yerləşdirildiyini soruşub. Paşinyan bildirib ki, rus sərhədçilərinin orada yerləşməsi ilə bağlı nə müqavilə, nə də mandat var.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*