“Rus sərhədçilərinin Zvartnotsu (İrəvandakı hava limanı-red) tərk etməsi düzgün olardı”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib:
“Ölkəmizin sərhədlərini qoruyacağıq, amma rusların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm”.
Yeri gəlmişkən, Simonyanın bu açıqlamasının iki ölkə arasındakı soyuqluğu yeni mərhələyə keçirəcəyini düşünmək üçün əsaslar yaradır. Çünki bu açıqlama Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması ilə bağlı rəsmi səviyyədə verilən ilk mesajdır. Rusiyanın buna cavabı yəqin ki gecikməyəcək.
Natiq Səlim,
KONKRET.az