“Ermənistan Rusiya ilə münasibətlərin hazırkı vəziyyətindən RAZI DEYİL” – Lin Treysibackend

"Ermənistan Rusiya ilə münasibətlərin hazırkı vəziyyətindən RAZI DEYİL" - Lin Treysi

Ermənistan Rusiya ilə münasibətlərin hazırkı vəziyyətindən razı deyil.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinə namizəd Lin Treysi deyib. O bildirib ki, Ermənistanı Rusiya ilə münasibətlərin hazırkı vəziyyəti qane etmir.

O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində namizədliyinə baxılmasına həsr olunmuş dinləmələrdə çıxış edib. ABŞ Prezidenti Co Bayden tərəfindən ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə irəli sürülməzdən əvvəl Treysi İrəvanda eyni vəzifədə olub.

“Rusiya mövzusuna nəzər salanda düşünürəm ki, problem bundadır və ermənilər özləri də belə deyirlər: Rusiya ilə keçmiş və indiki münasibətlərin bəziləri bu gün Ermənistanın ehtiyaclarına cavab vermir. Düşünürəm ki, biz – ABŞ və Ermənistan – indi növbəti mərhələdəyik. Biz (amerikalılar – red.) Ermənistana necə kömək edə biləcəyimizlə bağlı çox mühüm danışıqlar aparırıq.

Deyim ki, Rusiyanın rol oynadığı və bizim diqqət yetirməli olduğumuz bir çox təhlükəsizlik problemləri var”, – amerikalı diplomat əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*