Ermənistan Rusiyaya arxa çevirdi: Təbii qazı İrandan alacaqlarbackend

Ermənistan Rusiyaya arxa çevirdi: Təbii qazı İrandan alacaqlar

Sərhəddə qazın qiymətini aşağı salmaq üçün Ermənistanın Rusiya tərəfinə üz tutmasının vaxtı gəlib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan”ın deputatı Mikael Melkumyan bu gün parlamentdə bəyan edib.

O xatırladıb ki, dünya birjalarında neftin qiymətinin aşağı düşdüyünü deyən hökumət Rusiya ilə sərhəddə qaz qiymətlərinin azaldılması ilə əlaqədar Avrasiya İqtisadi Birliyinin qaydaları çərçivəsində danışıqlara başlamağa çağırıb.

Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Hakob Vardanyan qeyd edib ki, Avropada qaz qiymətləri neftlə əlaqəlidirsə, deməli, bizdə elə deyil.

“Ancaq dünyanın enerji mənbələri ucuzlaşarsa, bu, artıq baş verir, qurumumuz danışıqlara başlayacaq” deyib.

Rusiya artıq Avropaya qazı 1000 kubmetr üçün 90 dollara satır, Ermənistanda istehlakçılar qaz üçün təxminən 300 dollar ödəyirlər. Neft və qaz qiymətləri düşür və mütəxəssislər yaxın vaxtlarda onların artacağını proqnozlaşdırmırlar.

Belə çıxır ki, tezliklə Ermənistan dünyanın ən bahalı qazını alacaq.

Aprelin 1-dən sonra “Qazprom Ermənistan” qaz qiymətlərini artırmaq üçün İctimai xidmətləri tənzimləmə Komissiyasına müraciət göndərməyə hazırlaşır. Ancaq hazırkı şəraitdə bu müraciət son dərəcə cəlbedici görünəcək.

Bunun əvəzinə Ermənistan hökuməti qazın qiymətini endirmək üçün nəinki sərhəddə, eyni zamanda istehlakçı ilə danışıqlara başlaya bilər. Çünki Ermənistanın dünya bazarında qazın ucuzlaşması ilə Rusiyadan daha tez İrandan və ya başqa bir ölkədən qaz alması daha sərfəlidir.

İrəvan yaranmış vəziyyətdən faydalanmalı və Rusiya ilə qaz müqaviləsini qiymətlərlə bağlı yenidən nəzərdən keçirməlidir. 2013-cü ildə imzalanan saziş əslində Ermənistanın tariflərin formalaşmasına müdaxiləsini ifadə etmir. Bununla yanaşı, koronavirus epidemiyası kontekstində ölkələrin bir-birlərindən asılılığı azalır və hər bir ölkə prioritetlərini müəyyənləşdirir.

Rəsmi İrəvan bağlanmış qaz sazişinə yenidən baxılmasını tələb etmək suveren hüquqa malikdir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*