Ermənistan sadəcə bir zərrəcikdir – Paşinyanın Çin səfəri ilə bağlı İLGİNC DETALLARbackend

Ermənistan sadəcə bir zərrəcikdir - Paşinyanın Çin səfəri ilə bağlı İLGİNC DETALLAR

“Ermənistanın Çində keçiriləcək hərbi paradda iştirakı beynəlxalq gündəmdə ciddi siyasi təsir doğurmayacaq. İrəvan regionda və qlobal siyasətdə böyük oyunçu hesab olunmur”.

Bu sözləri KONKRET.az-a politoloq Rizvan Hüseynov deyib.

Bakı və İrəvan arasında sülhə bu ölkə mane olur” - İLGİNC TƏFƏRRÜAT |  KONKRET

“Ermənistan elə bir böyük rol oynayan dövlət deyil ki, onun hansısa məsələdəki mövqeyi kiməsə təsir etsin və ya diqqətini cəlb etsin. Çində keçirilən parada dünyanın ən güclü ölkələrinin nümayəndələri qatılacaq. Ermənistan isə bu mənada sadəcə bir zərrəcikdir”, – deyə Hüseynov vurğulayıb.

Politoloq əlavə edib ki, paradın əsas diqqət mərkəzində Rusiya və Çin kimi dövlətlərin iştirakı olacaq:

“Rusiya Prezidenti Vladimir Putinin və yüksək səviyyəli nümayəndələrinin də qatılacağı gözlənilir. Ehtimal olunur ki, Azərbaycan tərəfinin də iştirakı ola bilər. Ermənistan isə böyük siyasi oyunçu kimi qəbul edilmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*