Ermənistan səfərbərlik ELAN ETDİ – İmtina edənləri hərbi tribunal gözləyirbackend

Ermənistan səfərbərlik ELAN ETDİ - İmtina edənləri hərbi tribunal gözləyir

Sabahdan Ermənistanda səfərbərlik başlayır. Səfərbərlik dekabrın 25-dən gələn ilin 20 yanvarınadək aparılacaq. Kampaniya həkimləri əhatə edəcək. Əsasən kişi həkimlər arasında aparılacaq səfərbərlik nəticəsində 35 yaşınadək ehtiyatda olan zabitlər 2 illik hərbi xidmətə cəlb ediləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökümətinin bu gün səhər saatlarında keçirilən iclasında qərar verilib.

Məlumatda deyilir ki, səfərbərlikdən boyun qaçıran zabitlər hərbi tribunal qarşısında cavab verməli olacaqlar. Əgər səfərbər ediləcək vətəndaş xaricdədirsə, onda Ermənistan Xarici İşlər Nazirliyi onun təcili surətdə Ermənistana qayıtmasını təşkil edəcək.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*