Ermənilər zərbə PUA-sı tətbiq etdi: Daha iki hərbçimiz yaralandıbackend

Ermənilər zərbə PUA-sı tətbiq etdi: Daha iki hərbçimiz yaralandı

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*