“7-ci sinfin tarix dərsliyi saxtalaşdırılıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Xaçatur Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin Tarix və ictimai elmlər fakültəsinin dekan müavini, tarix elmləri doktoru, professor Samvel Poqosyan özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, dərsliyin hər mövzusunda çox kobud səhvlər, qeyri-dəqiqliklər var: “Bu dərslik Ermənistanın dövlətçilik ideyasını açıq şəkildə pozmağa cəhd edir. Burada eləcə də dövlətə uyğun vətəndaşın formalaşması prosesində örnək ola biləcək qəhrəmanlar yoxdur. Dövlət əleyhinə olan “böcək dərsliyi” tez bir zamanda məktəbdən yığışdırmaq lazımdır”.
Natiq Səlim,
KONKRET.az