Ermənistan tarixində ilk dəfə olaraq Rusiyaya ən böyük zərgərlik ixracatçısı oldubackend

Ermənistan tarixində ilk dəfə olaraq Rusiyaya ən böyük zərgərlik ixracatçısı oldu

KONKRET.az xəbər verir ki, yanvar-avqust aylarında 660 milyon dollar dəyərində qiymətli daşlar və metallar ancaq başqa ölkələrdən Rusiyaya gətirilirdi. Artıq bu ölkələrin sırasına Ermənistan da qoşuldu. Ölkə tarixində ilk dəfə olaraq Ermənistan Rusiyaya ən böyük zərgərlik məmulatları ixracatçısı oldu.

“FinExpertiza” Beynəlxalq Audit və Konsaltinq şəbəkəsinin analitik xidməti hesab edir ki, 2019-cu ildə Rusiyaya qiymətli daşlar və metalların, eləcə də onlardan hazırlanan zərgərlik məhsullarının idxalı demək olar ki, bir yarım dəfə artıb. Şirkətdən verilən məlumata görə, yanvar-avqust aylarında Rusiyaya ümumilikdə 658,8 milyon dollar dəyərində qiymətli daş-qaş gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,75% çoxdur.

Eyni zamanda, xarici ölkələrdən zərgərlik idxalı 37,9% (334,8 milyon dollardan 461,7 milyon dollara), MDB ölkələrindən isə dərhal 68.1% (117.2 milyon dollardan 197.1 milyon dollar) artıb.

Xarici zərgərlik istehsalçıları Rusiya bazarını getdikcə fəth edir. Amma statistik rəqəmlər onu deməyə əsas verir ki, Rusiyaya zərgərlik ixracatı son beş ildə səkkiz dəfə azalıb.

“Əlverişsiz xarici ticarət şərtləri və ölkə daxilində zərgərlik məhsullarına tələbatın azalması da yerli istehsalçıların mövqeyinə təsir göstərir”, – deyə eksperlər bildirib.

FinExpertiza-ya görə, Rusiyadan zərgərlik məmulatları ən çox İtaliyaya idxal edilir. Bu, özünü rəqəmlərdə də göstərir: 2019-cu ilin ilk səkkiz ayında Rusiyadan bu ölkəyə 50.4 milyon dollar dəyərində qızıl məmulatları satılıb. Eyni müddət ərzində Çindən 35 milyon dollar dəyərində qızıl və digər qiymətli daş-qaş alınıb.

FinExpertiza hesabatından göründüyü kimi, 2019-cu ilin sonuna qədər Ermənistan Rusiyaya daha çox qızıl-zinət əşyaları satıb. İlk səkkiz ayda Ermənistandan cəmi 140,9 milyon dollar dəyərində zərgərlik idxal edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*