Ermənistan Tovuz məğlubiyyətinə görə hərbçilərini işdən qovur – ERMƏNİ QƏZETİ YAZIRbackend

Ermənistan Tovuz məğlubiyyətinə görə hərbçilərini işdən qovur – ERMƏNİ QƏZETİ YAZIR

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyində maraqlı yenidənqurma işlərinə başlanılıb, məmurların böyük bir dəyişiklik dalğası gözlənilir, bu proses artıq başlayıb və uzun sürəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, bu dəyişikliklər əsasən nazirlikdə idarələrin yenidən təşkil edilməsinə görə həyata keçirilir və bu idarələrə yeni işçilərin götürülməsi nəzərdə tutulur:

“Hazırda nazirlikdə bununla əlaqədar daxili müzakirələr aparılır”.

Mənbə Hərbçilərin sosial müdafiəsi şöbəsinin müdiri Serj Aruşanyanın işdən çıxarıldığı və onun yerinə nazirliyin İnsan hüquqları və yaxşı davranış mərkəzinin şöbə müdiri Alik Avetisyanın təyin olunduğu haqda informasiya əldə edib.

Qəzet yaxın gələcəkdə bir çox hərbçilərin işdən çıxarılacağını və yeni şəxslərin nazirliyə işə götürüləcəyini əminliklə bildirib.

Haşiyə: Ermənistan Müdafiə Nazirliyindəki bu “yarpaq tökümü”nə çox böyük ehtimalla iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə erməni hərbçilərinin uğursuzluğu təkan verib. Onsuz da hazırkı hökumətin başçısı Nikol Paşinyan 2016-cı il Aprel döyüşlərindəki məğlubiyyəti də həzm edə bilmir. Və onun günahını təkcə prezident Serj Sarkisyanda deyil, həm də döyüşdə bilavasitə iştirak edən hərbçilərdə və onlara əmr verən Müdafiə Nazirliyinin böyük rütbəli zabitlərində görür.

Bütün bunlar təbii ki, qələbəyə doğru gedilən yolda Azərbaycan ordusunun kiçik qələbəsidir. Böyük qələbəyə yaxınlaşanda isə ermənilər döyüş meydanlarından tülkü kimi qaçacaqlar…

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*