Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə komissiya tezliklə yaradılacaq – Rudenkobackend

Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə komissiya tezliklə yaradılacaq - Rudenko

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Rudenko RİA Novosti-yə müsahibəsində deyib.

“Bu, tezliklə baş verəcək. Biz bu sazişin ən yüksək səviyyədə həyata keçirilməsi üçün keçilməz maneə görmürük”, -deyə o bildirib.

Rudenko həmçinin qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyət gərginləşən ilk vaxtdan Rusiya vasitəçi kimi çıxış edib.

“Hadisələr birbaşa Rusiya sülhməramlılarının məsuliyyət zonası ilə bağlı deyil”, – Rudenko vurğulayıb.

Rusiya Federasiyası xarici işlər nazirinin müavininin sözlərinə görə, bu problem sovet dövründən miras qalıb və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin bütün uzunluğu boyunca lazımi beynəlxalq hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*