İki gün əvvəl itkin düşmüş 63 yaşlı Ermənistan vətəndaşı Qarabağda tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumdan Unan Tadevosyan SputnikArmenia-ya bildirib.
Erməni kişi mayın 22-də Ağdərə rayonunun Kolətək kəndi ərazisində Xaçın çayına gedən yolda gəzinti zamanıitmişdi.
Onun artıq tapılıb Ermənistana təhvil verildiyi bildirilib.
***
20:52
Separatçılar Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Kəlbəcər rayonunun Kolatək kəndində itkin düşmüş ermənini axtarırlar.
KONKRET.az xəbər verir ki, erməni mənbələrinin xəbərinə görə, 63 yaşlı Ermənistan vətəndaşı Azərbaycanın Qarabağ bölgəsində , ya da Kəlbəcərdə itkin düşüb. Onun bu istiqamətdə azdığı ehtimal olunur.
İtkin düşən erməninin axtarışları hələlik nəticə verməyib.
Əlavə məlumat veriləcək.
Xuraman Etibarlı,
KONKRET.az