“Ermənistan Xankəndi və ətrafında yaşayan ermənilər üçün pul xərcləmək istəmir”.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli danışıb. “Son zamanlar dəfələrlə mövzu ilə bağlı ictimai çıxışlarımda demişdim ki, Ermənistan Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının problemini öz üzərindən tamamilə atmağı düşünür”, – ekspert deyib.
O, Qarabağın ermənilər yaşayan ərazisinin rusların nəzarətində olduğunu, maddi təminatını isə Ermənistanın ödədiyini və bunun da erməni hökümətinin büdcəsinə sərf etmədiyini vurğulayıb.
“Rəsmi İrəvan anlayır ki, Xankəndi və ətrafı de-yure Azərbaycan ərazisidir, de-facto Rusiya nəzarət edir. Amma Xankəndini və ətrafında yaşayanların maddi təminatını Ermənistan ödəyir – 2022-ci ildə 300 mln. dollara yaxın maddi yardımın göstərilməsi Ermənistan büdcəsində öz əksini tapıb.
Paşinyan və komandası onların sözünə baxmayan, daha çox Rusiya və Kremlin Ermənistandakı sözçülərinə bağlı olan qondarma rejimə pul xərcləmək istəmir. 2022-ci ildə Ermənistan büdcəsi 4 mlrd. dollar olacaq, bunun 300 mln. dollarını Arayikin dəstəsinə vermək, onların da bu pulu nəzarətsiz xərcləməsini istəmirlər”, – deyə Natiq Cəfərli bildirib.
Xuraman Etibarlı,
KONKRET.az