“Davamlı sülh Ermənistan üçün böyük iqtisadi potensialı açacaq. Biz ticarət, enerji və infrastruktur sahələrində regionumuzu əməkdaşlıq mərkəzinə çevirə biləcək təşəbbüslər irəli sürə bilərik”.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
O bildirib ki, dəyişən geosiyasi mənzərələr və sürətli texnoloji tərəqqi dövründə ölkəsinin prioritetləri müasir çağırışlara cavab verməlidir.
“Bölgədə, eləcə də dünyada vəziyyət çox sürətlə dəyişir. Mövcud xarici siyasətin şaxələndirilməsi siyasəti ilə yanaşı, xaricdəki səfirlərimizin də prioritetlərinə yenidən nəzər salmaq lazımdır. Bu baxımdan Körfəz regionu, Aralıq, Qara və Xəzər dənizləri, eləcə də Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin təmin olunması və dərinləşdirilməsi Ermənistanın prioritetləri sırasındadır. Beynəlxalq təşkilatlardakı nümayəndələrimizi əvvəlki münaqişə və ya hərbi gündəmdən iqtisadi inkişaf gündəliyinə keçirmək lazımdır”, – deyə Xaçaturyan qeyd edib.