Ermənistan xilasını Azərbaycanda görür – Sülh gündəliyi ilə bağlı AÇIQLAMAbackend

Ermənistan xilasını Azərbaycanda görür - Sülh gündəliyi ilə bağlı AÇIQLAMA

Azərbaycan Ermənistanı sülh prosesini müzakirə etmək üçün şərti sərhəddə görüş keçirməyə dəvət edib. Ölkəmizin Xarici İşlər Nazirliyi Ermənistan tərəfini lüzumsuz fasilələrdən çəkinməyə çağırıb və İrəvanın yaxın vaxtlarda danışıqlara başlamaq çağırışını dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Məsələylə bağlı

KONKRET.az-ın suallarını cavablandıran politoloq Samir Hümbətov bildirib ki, tərəflərin şərti dövlət sərhədində görüşməsinin müsbət cəhətləri çoxdur:

Samir Hümbətov

“Çünki burada üçüncü tərəfin iştirakı olmadan yalnız iki tərəf görüşəcək. Bununla da tərəflər qaranlıq məqamları rahat şəkildə müzakirə edə biləcəklər. Ona görə də istər Azərbaycan, istərsə də Ermənistan üçün danışıqların üz-üzə aparılmasının əhəmiyyəti daha çoxdur. Həm də orada delimitasiya məsələləri müzakirə olunacaq. Sülh danışıqları üçün mövcud olan detalların daha rahat müzakirəsi də mümkündür. Bu təcrübə əslində bir dəfə olub. 1999-cu ildə ulu öndər Heydər Əliyevlə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan Naxçıvanda görüşmüşdülər”.

Sülh gündəliyindəki mübahisəli məqamlara toxunan politoloq bildirib ki, sərhəddəki görüşdə həmin detalların da müzakirəsi də gözlənilir: “Paşinyan bildirdi ki, sülh gündəliyi Azərbaycan tərəfi ilə razılaşdırılıb. Azərbaycan da bununla bağlı müsbət açıqlamalar versə də, hələlik tam razılaşma yoxdur. Məncə, bu görüşdə həm o məsələlər də müzakirə olunacaq. Çünki 10 noyabr bəyannaməsini artıq Ermənistan qüvvədən salıb. Amma hər halda Azərbaycan Naxçıvanla quru əlaqələri qurmaqda israrlıdır. Düşünürəm ki, bu məsələlərə də toxunulacaq. Gündəlikdə Türkiyə Ermənistan arasında münasibətlərin bərpa edilməsi də var. Sərhəddəki görüş həm də qaranlıq ziddiyətlərə aydınlıq gətirməyə kömək edəcək”.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*