“Ermənistan yalanlar səltənətidir” – Petrosyanın təqdim etdiyi yeni KONSTİTUSİYA  backend

"Ermənistan yalanlar səltənətidir" - Petrosyanın təqdim etdiyi yeni KONSTİTUSİYA  

Ermənistan Respublikası yalanlar səltənətidir. KONKRET.az xəbər verir ki, Bu barədə Ermənistan Milli Məclisinin üzvü Qevorq Petrosyan öz Facebook səhifəsində yazıb.

O, ironiyalı da olsa, Ermənistan Konstitusiyasının yeni variantını statusunda təqdim edib:

“Ermənistan Respublikasının Konstitusiyası

(Layihə)

Maddə 1. Ermənistan Respublikası yalanlar səltənətidir.

Maddə 2. Ermənistan Respublikasının fəaliyyətinin və inkişafının əsas prinsipi ikili standartların tətbiqidir.

Maddə 3. Ermənistan Respublikasında ən yüksək dəyər hakim və nüfuzlu ünsürlərin ailələrinin rifahıdır.

Maddə 4. Ermənistan Respublikasında ədalət məhkəmələri girişi əngəlləməklə və Respublika meydanından hakimləri hədələməklə həyata keçirilir.

Maddə 5. Ermənistan Respublikasının qanunauyğunluğu siyasi müxaliflərin asfalt, divarları suvaq və səki çəkməklə təmin edilir.

Maddə 6. Ermənistan Respublikasının Dövlət Büdcəsi şıltaqlıqla idarə olunur.

Maddə 7. Ermənistan Respublikasının qürurlu və aldanmış xalqı, yaşa. ”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*