Ermənistan yığması İtaliyada antirekorda imza atdıbackend

Ermənistan yığması İtaliyada antirekorda imza atdı

AVRO-2020-nin seçmə mərhələsinin son turu Ermənistan yığmasının uğursuzluğu ilə yadda qalıb.

KONKRET.AZ “Apasport.az”a istinadla xəbər verir ki, İtaliyada meydan sahibləri ilə qarşılaşan ermənilər tarixlərinin ən böyük hesablı məğlubiyyətini alıblar.

Appeninlilər qonaqlara 9:1 hesabı ilə qalib gəliblər.

İlk görüşünü 1992-ci ildə keçirən Ermənistan bunadək ən pis halda 7 top fərqi ilə uduzmuşdu. Onlar 1997-ci il yanvarın 4-də Çili, martın 30-da isə Gürcüstana 0:7 hesabı ilə məğlub olmuşdular. İtaliya isə ev oyununda qonaqlara yeni antirekord yaşadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*