680-dən çox erməni yük maşını Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədində dayanıb.
KONKRET.az xəbər verir ki, bunu Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatları da təsdiq edir. Hazırda növbədə Ermənistana məxsus 682 ağır tonnajlı yük maşını var. Ümumilikdə, son məlumatlara görə, Yuxarı Larsda müxtəlif ölkələrdən 1773 yük avtomobili ilişib. Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Gürcüstan üzərindən Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Vəli Həsənov,
KONKRET.az