Ermənistanda iki “qanuni oğru”nun tutulmasının təfərrüatı ortaya çıxdı – 900 DOLLAR SÖHBƏTİbackend

Ermənistanda iki "qanuni oğru”nun tutulmasının təfərrüatı ortaya çıxdı – 900 DOLLAR SÖHBƏTİ

Ermənistanda iki “qanuni oğru”nun tutulmasının səbəbi bir məhkumdan 900 dolların alınması olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Joxovurd” qəzeti yazıb.

Mənbə bildirir ki, bu yaxınlarda Aleksandr Makaryan (Oğru Alo) və “Tiz” ləqəbli Artur Sedrakyan tutulub.

Sonuncu keçmişdə Ermənistan Respublikaçılar Partiyasından Ağsaqqallar Şurasına namizəd olub.

Onların tutulması avqustun 13-də Baş Prokurorluğun məlumatından sonra üzə çıxıb.  Ancaq tutulanların adları açıqlanmayıb.

Hüquq mühafizəçiləri “qanuni oğru”nun cinayət aləmindəki nüfuzundan vətəndaşlardan birinin xahişi ilə şəxsi bir məsələni həll etmək üçün istifadə etdiyini aşkar ediblər.

Vətəndaş məhkumlardan birinin borcunu geri almaq üçün ona müraciət edib. Sonuncu, qrupun bir üzvü vasitəsi ilə pulu geri qaytarmaq üçün əmri “zonaya baxan şəxs”ə ötürüb.

Qəzetin qeyd etdiyi kimi, cinayət hesabatından bunun böyük pul olduğu qənaətinə gəlmək olar, lakin alınan məlumata görə, “məhbus”un cəmi 900 dollar borcu olub, amma yenə də “qanuni oğru”ları bu hekayəyə cəlb etmək qərarı verilib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*