Ermənistan hərbçiləri ölümlə nəticələnən qəza törədiblər.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Armavirdə Marqara-Vanadzor avtomobil yolunun Crarat kəndinin körpüsündə “Nissan” və “QAZ-24” markalı avtomobillərin iştirakı ilə qəza baş verib.
Qəza nəticəsində 7 nəfər Vağarşapat Tibb Mərkəzinə çatdırılıb, onlardan biri dünyasını dəyişib. Ölən və yaralanan 3 nəfər Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır.
Faktla bağlı cinayət işi açılıb, cinayət işi başlanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az