Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma olub.
Bu barədə KONKRET.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə dünən yerli vaxtla saat 21:30-da qeydə alınıb. Dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, qonaq evində baş verən davada daha iki nəfər müxtəlif xəsarətlər alıb.
Hadisənin tərəffüatları açıqlanmır. Araşdırma aparılır.