Ermənistanda bir gündə 711 nəfər COVID-19-a yoluxdubackend

Ermənistanda bir gündə 711 nəfər COVID-19-a yoluxdu

Son bir gündə Ermənistanda aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 711 artaraq 21 717 nəfərə çatıb, daha 14 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi çərşənbə günü Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytına istinadən yayıb.

Çərşənbə axşamı respublikanın səlahiyyətliləri 21 006 təsdiqlənmiş koronavirus infeksiyasını və 372 ölüm hadisəsini bildirmişdi. COVID-19 ilə mübarizə aparmaq üçün 16 mart-13 iyul arasında fövqəladə vəziyyət elan edilib.

“Ermənistanda 21717 koronavirus hadisəsi təsdiqləndi. 10797 xəstə sağaldı. 386 adam öldü” deyib.

Qeyd olunur ki, 10 404 xəstə müalicə altındadır, 100400 test keçirilib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*