Ermənistanda bir gündə 771 nəfər koronavirusa yoluxdu – yeni rekordbackend

Ermənistanda bir gündə 771 nəfər koronavirusa yoluxdu - yeni rekord

Ermənistanda son bir gündə yeni infeksiyaların sayı 771 təşkil edib. Bu, bütün epidemiya üçün yeni bir rekorddur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni KİV-ləri Ermənistanın səhiyyə naziri Arsen Torosyana istinadən yayıb.

O, cümə axşamı hökumətin iclasında koronavirusla bağlı açıqlama verib.

Onun sözlərinə görə, ölkədə bir gündə 2336 test aparılıb.

Nazir əlavə edib ki, 51 vətəndaş xəstəxanaya yerləşdirilməsini gözləyir.

“İndi 502 nəfərin vəziyyəti ağır, digər 113 nəfərin vəziyyəti kritik qiymətləndirilir. 40 nəfər mexaniki ventilyasiya cihazlarına qoşulub” deyə nazir bildirib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*