Ermənistanda 4 kəndin sakinləri avtomobil yolunu bağladı – “Paşinyan gəlsin” deyirlərbackend

Ermənistanda 4 kəndin sakinləri avtomobil yolunu bağladı – “Paşinyan gəlsin” deyirlər

Armavir bölgəsində gərgin bir vəziyyət yaranıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, üç saatdan çoxdur ki, etiraz olaraq dörd kəndin sakinləri Yerasxayn inzibati mərkəzinin ərazisindəki Echmiadzin-Margara avtomobil yolunu bağlayıblar, İqtisadiyyat Naziri və Armavir vilayətinin qubernatoru ilə görüş tələb edirlər.

Fotojurnalist Qagik Şəmşyanın hadisə yerindən verdiyi xəbərə görə, kəndlilər baharda badımcan və bibər əkməyə çağıran müvafiq orqanlara inandıqları üçün yetişən məhsulları sata bilmədiklərini söyləyirlər.

“Biz onlara inandıq və badımcan və bibər yetişdirdik, lakin sata bilməyəcəyimizlə qarşılaşdıq. Bizə deyirlər, bibəri yığın, qurudun, bir şey düzələcək. Bunu da bizə – vergi ödəyicilərinin hesabına maaş alan regional rəhbərliyin nümayəndəsi deyir. Armavir bölgəsinin qubernatoruna inanmırıq, buna görə nazir və ya səlahiyyətli bir şəxs Nikol Paşinyan gəlsin deyə magistral yolu bağladıq. Düzü, yalnız baş nazirə inanırıq. Bilirik ki, tabeliyində olanlar ona səhv məlumatlar verirlər. Paşinyan həqiqəti taparsa, problem kəndlilərin maraqlarına uyğun həll ediləcək”. Sakinlərdən biri belə deyib.

Bölgə polis idarəsinin rəisi Karen Akopyan və Armavir polis idarəsinin rəisi, habelə çoxsaylı polis məmurları aksiya keçirilən yerə gəliblər. Onlar sakinləri yolu açmağa və etirazlarını yol kənarında davam etdirməyə çağırıblar. İndi regional rəhbərlik rəsmilərindən biri etirazçılarla danışıqlar aparır, ancaq bu məsələni yalnız Baş nazirin həll edə biləcəyini söyləyirlər.

Babək Göyüş                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*